Məhsul haqqında
TANITIM: Alkid əsaslı son qat mat boyadır.
Xüsusiyyətləri: Örtücülüyü yüksək, saralmayan, sərt və atmosfer təsirlərinə
dayanıqlıdır.
İstifadə qaydaları: İç və çöl işlərində hər növ səthin boyanması üçün istifadə edilir.
Boyanın qapağını açmazdan əvvəl çalxalanmalı, açdıqdan sonra qarışdırılmalıdır.
Fırça ilə hər 1 litr 50-100 ml, püskürdücü ilə 100-150 ml “Panda Sintetik Tiner”lə
incəldilərək çəkilir.
Quruma müddəti: 7-8 saat. Tam quruma: 24 saat (20°C)
Saxlanma: Günəş işığı düşməyən, ağzı qapalı qablarda 5-35°C temperatur
arasında, rütubət çəkməyən yerdə saxlanılmalıdır. Saxlanma müddəti: 3 il.
Sərfiyyat: 10-12 m2/lt.
Təhlükəsizlik tədbirləri : R10: Alovlanandır. R66: Təkrarlara məruz qalmalarda
dəridə quruluğa və çatlara səbəb ola bilər. R67: Buxarlar uyuşmaya və
başgicəllənməyə səbəb ola bilər. S2: Uşaqlar üçün əlçatmaz yerdə saxlayın.
S3/7/9: Qutunu qapağı örtülmüş şəkildə sərin və yaxşı havalandırılmış yerdə
saxlayın. S16: Boyanı alov yarada biləcək səbəblərdən qoruyun. Yaxınlıqda siqaret
çəkilməsi qəti qadağandır. S23: Qoxusunu içinizə çəkməyin. S24/25: Göz və dəri ilə
təmasından qorunun. S26: Gözlə təmas etdikdə dərhal bol su ilə yaxşıca yuyun.
S29: Məhsulu kanalizasiyaya tökməyin. S46: Udulduqda dərhal həkimə müraciət
edib, qutunu və ya etiketi göstərin. S51: Yaxşı havalandırılmış yerlərdə istifadə
edilməlidir.